9 Aprel 2017 11:35
501
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyanın İdlib vilayətinə endirilmiş hava zərbəsi nəticəsində 18 nəfər həlak olub.

"Report"un məlumatına görə, bu barədə "Reuters" Suriyanın İnsan Haqları Rəsədxanasına istinadən xəbər verib.

Rəsədxanadan verilən xəbərdə bildirilir ki, həlak olanların 5-i uşaqdır.

Hüquq müdafiəçiləri bildiriblər ki, avia zərbələrc Urum-əl-Cauz şəhərinə endirilib.

Hava hücumlarının hansı silahlı qruplaşma, yaxud ordu tərəfindən endirilməsi barədə məlumat verilmir.


Müəllif:

Oxşar xəbərlər