9 Aprel 2017 15:25
852
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq şiələrinin nüfuzlu dini liderlərindən olan Müqtəda əs-Sədr xüsusi bəyanatla çıxış edərək Suriya prezidenti Bəşər Əsədi istefa verməyə çağırıb.


APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, Müqtəda əs-Sədr hesab edir ki, B. Əsəd Suriyaya sevgisinə görə hakimiyyətdən imtina edərək istefa verməlidir.


Şiə lider B. Əsədi hakimiyyəti nüfuzlu bir xalq təmsilçisinə verməyi məsləhət görüb. M. əs-Sədr Suriya aviabazasına raket zərbəsi endirilməsi barədə əmr verən ABŞ prezidenti Donald Trampı da tənqid edib, Suriyanın ABŞ üçün “ikinci Vyetnam”a çevrilə biləcəyini bəyan edib. ABŞ-ı ikili standartlar həyata keçirməkdə ittiham edən M. əs-Sədr ABŞ-ın Mosulda dinc sakinləri bombaladığını xatırladıb.


Qeyd edək ki, M. əs-Sədrin ABŞ-ın Suriya hərbi aviabazasına raket zərbəsi endirməsindən sonra belə bir bəyanatla çıxış etməsi diqqət çəkir.


Müəllif:

Oxşar xəbərlər