ABŞ-da sərnişin zorla təyyarədən endirilib. Teleqraf.com CNN-ə istinadən xəbər verir ki, görüntülər sosial şəbəkələrdə böyük narazılıqlara səbəb olub. Bundan sonra ABŞ-ın United Airlines şirkətinin direktoru Oscar Munoz açıqlama verərək heyəti müdafiə edib.
Munoz şirkət əməkdaşlarına yolladığı təyyarədən çıxarılan sərnişinin dava etmək davranışlarını sərgilədiyini iddia edib.
"Sərnişin kreslosundan könüllü qalxmağı rədd edən sərnişin uçuş heyətinə hava limanından təhlükəsizlik əməkdaşlarını çağırmaqdan savayı çarə buraxmayıb",-deyən Munoz belə bir insidentin baş verməsindən üzüldüyünü söyləyib.
Munoz uçuş heyətinə təyyarədə yer qalmadığı zaman sərnişinlərlə bağlı belə "standart təcrübədən" istifadə edildiyini vurğulayıb.
Sosial şəbəkələrdə böyük narazılığa səbəb olan hadisə zamanı uçuş heyətinə yer vermək üçün dörd sərnişindən təyyarəni tərk etmələri tələb edilib.
Lakin sərnişinlərdən biri təyyarəni tərk etmək istəmədiyinə görə, onu yerlə sürüyərək çıxarıblar.
"Təyyarədən enmirəm. Mən həkiməm və sabah qəbul etməli olduğum xəstələrim var",-deyən sərnişinin kimliyi və peşəsi hələki müəyyən edilməyib.
Çikaqo Aviasiya Departamenti isə hadisədə iştirak edən 3 təhlükəsizlik əməkdaşından birinin məcburi məzuniyyətə göndərildiyini bildirb.