Dağıstanda silahlı dəstə zərərsizləşdirilib.
Teleqraf.com "Ria Novosti" agentliyinə istinadla xəbər verir ki, bununla bağlı Rusiya Antiterror Komitəsinin nümayəndəsi Andrey Çatski məlumat verib.
Onun sözlərinə görə, zərərsizləşdirilən qrup üzvləri arasında dəstənin başçısı sayılan İlyas Xəlilov da olub: "Onlar çox sayda cinayət hadisəsi törədib. Talqı kəndində iki sakini qətlə yetirib, Karaxami kəndində polis əməkdaşını öldürüb, güc tətbiq etməklə sahibkarlardan müxtəlif vaxtalrda iri məbləğdə pul alıb".
Samir