ABŞ ilk dəfə ən böyük qeyri nüvə bombalarını hərbi şəraitdə istifadə edib.
Teleqraf.com CNN-ə istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb.
Məlumatda qeyd olunub ki, hədəf olaraq Əfqanıstandakı İŞİD qruplaşması döyüşçüləri seçilib.
Məlumata görə, zərbələr Açin rayonuna endirilib. Bombalar İŞİD-in istifadə etdiyi tunelləri dağıdıb.
Pentaqondan verilən məlumata görə, bu ABŞ-ın istifadə etdiyi ən böyük qeyri nüvə hərbi sursatıdır, bu bombaların çəkisi 9,5 ton təşkil edir.