14 Aprel 2017 15:33
524
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ bu gün Rusiyanın paytaxtı Moskvada təşkil edilməsi planlaşdırılan Əfqanıstan probleminin müzakirə ediləcəyi toplantıya qatılmayacağını bildirib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri ABŞ Dövlǝt Departamentinin sözçüsü Mark Toner deyib.

Onun sözlərinə görə, dəvəti qəbul etməmək ləğv edilməsi ABŞ prezidenti Donald Trampın qərarıdır.

Toner toplantının Rusiyanın bölgədəki təsirini artırmağa istiqamətli olduğunu ifadǝ edib: “Əfqanıstanda sülhün təmin edilməsi uğrunda atılan bütün addımlara dǝstǝk veririk. Əfqanıstan mövzusunda Rusiya və bölgədəki digər dövlətlərlə danışıqlar aparırıq. Ancaq Əfqanıstanda problemin həlli üçün ilk mǝrhǝlǝdǝ Taliban və Əfqan hökuməti arasında sülh danışıqları aparılmalıdır. Bölgədəki bütün ölkələr ortaq bir mǝxrǝcǝ gǝlmǝlidir”.

Samir


Müəllif:

Oxşar xəbərlər