Suriyanın Hələb şəhərində dünən törədilən partlayış nəticəsində ölənlərin sayı 112 nəfərə çatıb.
Teleqraf.com-un Türkiyə KİV-ə istinadən xəbərinə görə, hadisə zamanı 130 nəfərdən artıq dinc sakin yaralanıb. Ölənlər arasında qadınlar və uşaqlar da var.
Qeyd edək ki, hadisə təxliyya avtobusları yanacaqdoldurma məntəqəsi yaxınlığında dayanarkən, kamikadzenin özünü partlatması nəticəsində baş verib.