Türkiyədə konstitusiya dəyişikliyi ilə bağlı ümumxalq səsverməsi başa çatıb.
Teleqraf.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, ölkənin 32 bölgəsində aparılan səsvermə yerli vaxtla 08.00 (Bakı vaxtı ilə saat 09.00) başlayıb, saat 17.00-da (Bakı vaxtı ilə saat 18.00) başa çatıb.
Ölkədə seçici fəallığı 84.05 % olub. Bülletenlərin 94.53 faizi sayılıb. Seçicilərin 51.78 %-i referendumu dəstəklədiyini, 48.21 %-i isə əleyhinə olduğunu bildirib.