Son sutka ərzində Aralıq dənizində Liviyadan İtaliyaya keçməyə çalışarkən batmaq təhlükəsi ilə üzləşən 4 500-ə yaxın miqrant xilas olunub.
Bu barədə İtaliyanın sahil mühafizə xidmətinin məlumatında bildirilir.
Son sutka ərzində həmçinin rezin qayıqların birində 7 miqrantın meyiti aşkarlanıb. “Frontex” agentliyinin məlumatına görə, 2017-cı ilin martında Avropaya 11 minə yaxın miqrant daxil olub, fevral ayı ilə müqayisədə artım 20% təşkil edib.
İlin əvvəlindən İtaliyaya Aralıq dənizi vasitəsilə 27 min miqrant gəlib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 35% çoxdur.
/APA/