Qazaxıstan prezidenti Nursultan Nazarbayev qeyri-matəm vaxtlarda qara geyimlərdən istifadəyə qarşı çıxıb.
Teleqraf.com "Ria.ru"ya istinadən xəbər verir ki, N. Nazarbayev qazax qadınlarının qara rəngə bürünməsindən gileylənib. O əlavə edib ki, müsəlman geyimi ilə yox, inancı ilə seçilməlidir.
Qazaxıstan prezidenti bildirib: "Maarifçiliyin zəif olması səbəbindən gənc oğlanlarımız şalvarlarının ətəyini qısa edir, saqqal saxlayırlar. Başdan ayağa qaraya bürünmüş qazax qızların da sayı artır. Bu, nə bizim adətə, nə də xalqımza uyğundur. Ona görə bunun qarşısını qanunvericilik səviyyəsində almaq lazımdır. Qazaxlar qara libası ancaq yas mərasimlərində geyinirlər".
Prezident deyib ki, Qazaxıstan dünyəvi dövlət olaraq qalmalıdır: "Gənclərimiz yad qaydalara əməl etməməlidir. Biz parlaq gələcəyə malik olmalıyıq, bir olacağıq, dünyəvi olacağıq, inkişaf edəcəyik. Buna qarşı çıxanlara qarşı dözümsüz olacağıq".