ABŞ Prezidenti Donald Tramp amerikalı jurnalistlərdən onun inauqurasiyadan ötən ilk 100 gün ərzindəki fəaliyyəti ilə bağlı ədalətli qiymətləndirmə gözləmədiyini bildirib.
Teleqraf.com-un məlumatına görə, bu barədə o Tvitter mikrobloqundakı hesabında yazıb.
“Bu absurd müddət ərzində – hakimiyyətin ilk 100 günündə hansı işlər görülməyib; KİV tezliklə bunu müzakirə edəcək”, - deyə Ağ Ev rəhbəri yazıb.
Qeyd edək ki, KİV-lə münasibətləri düzəltmək Ağ Evə gəldiyi ilk gündən Trampa müyəssər olmayıb. O, artıq bir neçə dəfə dövlət başçısı kimi KİV-in qeyri-obyektiv qiymətləndirməsinə təəssüf edib.
Səxavət