Teleqraf.com "Röyter"ə istinadən xəbər verir ki, Çin hərbi təyyarələrinin fövqəladə hərəkətlilik içində olmasını şərh edən ABŞ səlahiyyətliləri Çinə aid hərbi təyyarələrin adi səviyyədən artıq fəallıq etdiyini deyib.
Çin təyyarələrinin bu hərəkətliliyinin xüsusi bir narahatlığa səbəb olmadığını qeyd edən ABŞ səlahiyyətliləri bildiriblər ki, bu hal iki səbəbdən baş verə bilər.
Çinin son günlər nədən belə fəallaşdığının səbəbini müəyyən edə bilməyən ABŞ tərəfi ehtimal edir ki, müdafiə manevrləri və Koreya yarımadasındakı gərginlik belə aktivliyə səbəb ola bilər.
Cavad