23 Aprel 2017 00:09
841
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paris polisi prezident seçkilərinə bir gün qalmış keçirilən nümayişin iştirakçılarını dağıtmaq üçün gözyaşardıcı qaz işlədib.

Teleqraf.com "RİA Novosti" informasiya agentliyinə istinadla xəbər verir ki, Respublika meydanına daxil olan iki minədək nümayişçi oradan Bastiliya meydanı istiqamətində hərəkət edib. Burada aksiya iştirakçıları ilə polis arasında toqquşma baş verib.

Etirazçılar “siyasi maskarad” adlandırdıqları seçkilərə qarşı çıxış edib, prezident postuna namizədlərin təklifləri ilə razılaşmadıqlarını bildiriblər.

Xatırladaq ki, Fransada prezident seçkilərinin birinci turu sabah, ikinci turu isə mayın 7-də keçiriləcək.


Müəllif:

Oxşar xəbərlər