23 Aprel 2017 21:53
804
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynada ATƏT-ə məxsus avtomobil partladıldı

Ukraynanın Donbas bölgəsində ATƏT-ə məxsus avtomobil partladılıb.

Axar.az xəbər verir ki, bu barədə separatçı Luqansk Xalq Respublikasından məlumat verilib.

“ATƏT-in müşahidəçilərinin içində olduğu avtomobil naməlum şəxslər tərəfindən basdırılmış minaya düşüb. Partlayış nəticəsində 1 ATƏT müşahidəçisi yaralanıb, digəri isə həlak olub”, - məlumatda bildirilib.

Separatçılar minanın Ukrayna hərbçiləri tərəfindən təxribat məqsədilə basdırıldığını iddia edib.

Ukrayna hökuməti və ATƏT məsələ ilə bağlı hələlik heç bir açıqlama verməyib.

***

ATƏT-in Ukrayna üzrə xüsusi missiyasına məxsus avtomobilin minaya düşməsi nəticəsində İngiltərə vətəndaşı həlak olub, alman qadın isə yaralanıb.

Bunu Ukrayna Daxili İşlər Nazirliyinin müşaviri Anton Geraşenko mətbuata açıqlamasında deyib.

“Ukraynanın Donbas bölgəsində ATƏT-ə məxsus avtomobilin minaya düşməsi nəticəsində Cozef Stoun adlı İngiltərə vətəndaşı ölüb. İva Glein adlı Almaniya vətəndaşı da yaralanıb. Cozef xilas edilə bilmədi. Gleinin isə müalicəsi davam edir”, - DİN rəsmisi bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər