Rusiya prezidenti Vladimir Putin Volqa çayının deltasına balıq tutmağa gedəcək.
Teleqraf.com “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, Putin bu haqda Rusiya Coğrafiya Cəmiyyətinin Qəyyumlar Şurasının iclasında deyib.
İclasda Baykal gölü və Volqanın su resurslarının vəziyyətindən danışılıb.
“Volqanın deltasında su daha təmizdir?” - prezident dəqiqləşdirmək istəyib və müsbət cavab alıb.
“Yəni, balıq tutmağa Volqanın deltasına gedəcəyik”, - dövlət başçısı əlavə edib.