29 Aprel 2017 15:46
894
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hyuston xəstəxanasında müalicə olunan ABŞ-ın keçmiş prezidenti, ata Corc Buş evə buraxılıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bu haqda sabiq prezidentin nümayəndəsi Cim Makqret məlumat verib. O, aprelin 19-da xəstəxanaya yerləşdirilən ata Buşun səhhətinin qaydaya düşdüyünü bildirib: “Cənab Buş evdə olmaqdan şaddır”.

Qeyd edək ki, 1989-1993-cü illərdə prezident postunu tutan Corc Buş hazırda həyatda olan ABŞ eks-prezidentlərinin ən yaşlısıdır. 92 yaşlı C.Buş parkinson xəstəliyindən əziyyət çəkir. O, bu ilin əvvəlində də pnevmoniya diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər