1 May 2017 13:06
1 269
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlər Şimali Koreya ilə ABŞ arasında gərginlik pik həddə çatıb. ABŞ Prezidenti Donald Tramp Pxenyanın nüvə potensialının qarşısını almaq üçün bütün variantların masada olduğunu bildirib. O, hərbi müdaxiləni də istisna etməyib.

Teleqraf.com xəbər verir ki, “Faynənşl Tayms” nəşri Şimali Koreyanın hərbi potensialını dəyərləndirib. Məlumatlara görə, ABŞ-ın hazırki gücünü nəzərə alsaq, Pxenyan ordusu bu müharibəyə 1 ay davam gətirə biləcək:

"Şimali Koreya genişmiqyaslı təlimlərə başlayıb. Təlimlərdə yüzdən çox artilleriya və minlərlə əsgər iştirak edir. Ancaq müharibə başladığı zaman onun hərbi resursları qısa müddətdə bitəcək. Hazırda Şimali Koreya ordusu dünyanın say etibarı ilə ən böyük ordularındandır - 1 milyon əsgər! Ancaq KXDR ordusunda bir çox problemlər mövcuddur. Məsələn, orduda yanacaq çatmır və ya texnika istifadə müddətini başa vurub. Buna görə də Şimali Koreya müharibə yolunu seçsə, 30 gündən sonra məğlub olacaq".

Pxenyan isə bu məlumatı əsassız adlandırıb. Bildirilib ki, hazırda Şimali Koreya ordusunda 8,6 min artilleriya bölüyü, 5,5 min yaylım atəş sistemləri və 4,3 min tank var.

Samir


Müəllif: