Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, İvanka Trampın “Çalışan qadınlar gerçəkdir” adlı kitabında insanların həyatda məqsədyönlü yaşaması, uğur əldə etməsi haqqında tövsiyyələri yer alır.
35 yaşlı prezident qızı yazır: "İdarəçi qadın olaraq özünü uşaqlarla rahat hiss etmək mənim üçün zəfərdir".
Prezident seçkilərində atası Donald Trampın ən yaxşı dəstəkçilərindən olan İvanka "Kampaniya zamanı həyatda qalma rejiminə girdim, işlədim və ailəmlə bərabərəm. Özümə masaj etdirmək və baxımlı olmaq üçün vaxt ayırmadım. Sadəcə 20 dəqiqə meditasiya etmək üçün tez oyandım".
741 milyon dollarlıq böyük bir ticarət imperiyasının sahibi İvanka Tramp məruzlərində bu fikirləri səsləndirib:
“Mən ailəmə nəzarət etmək üçün işdən 17:30-da çıxıram. Komandamın doğru qərar verməsinə güvənirəm. Heç bir zaman güvənimdən sui-istifadə etmirlər. Bununla belə, saat 11-də poçtların gəlməsini gözləyirlər. Mənim kimi gec oyandıqlarına görə, o saatdan tez cavab gözləmirəm”.
Qeyd edək ki, İvanka Tramp ABŞ liderinin böyük qızıdır. Ağ Evdə prezident köməkçisi təyin olunub. Onun həyat yoldaşı Cared Kuşner isə Donald Trampın baş müşaviri postunu tutur. Cütlüyün üç övladı var.
Rəqsanə