Teleqraf.com “Ria Novosti”yə istinadən xəbər verir ki, Donald Trampın təşəbbüsü ilə reallaşan danışıq zamanı tərəflər Suriyada terrorçuluğa qarşı birgə mübarizənin detallarını müzakirə ediblər.
Xatırladaq ki, bu, Trampın yanvarın 20-də keçirilən inaqurasiya mərasimindən sonra tərəflər arasında gerçəkləşən üçüncü telefon danışığıdır.