3 May 2017 17:46
1 093
12 Punto 14 Punto 16 Punto 18 Punto

14:34

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya rəsmi səfərə gəlib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Ərdoğanın özəl təyyarəsi yerli vaxtla 12:45-də Soçi şəhər aeroportuna enib.

Ərdoğanı Soçi aeroportunda Krasnodar vilayətinin qubernatoru Veniamin Kondratyev, Rusiyanın Xarici İşlər Nazirliyinin Soçidəki nümayəndəsi Anatoli Şostak, Soçi bələdiyyə rəhbəri Anatoli Paxomov və digərləri qarşılayıb.

Türkiyə prezidenti ilə yanaşı, Türkiyə Baş nazirinin müavini Məhməd Şimşək, Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Enerji və Təbii Sərvətlər naziri Barat Albayrak, İqtisadiyyat naziri Nihat Zəybəkçi, Müdafiə naziri Fikri İşıq və Silahlı Qüvvələrin komandanı Hulusi Akar da Rusiyaya gəlib.

Səfər çərçivəsində Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə görüşəcəyi və daha sonra birgə mətbuat konfransı keçirəcəyi bildirilib.

****

14:45

Rusiya Prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında görüş başlayıb.

Görüşdən əvvəl liderlər bəzi açıqlamalar veriblər. Putinin sözlərinə görə, iki ölkə arasındakı müsanibətlər xüsusi statusa malikdir və tam həcmdə bərpa olunub.

Ərdoğan əlavə edib ki, Moskva və Ankaranın birgə addımları Yaxın Şərqə təsir göstərə bilər.

Qeyd edək ki, görüş Soçi şəhərində keçirilir.

***

Rusiya Prezidenti Vladimir Putin ilə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında Soçidə keçirilən görüş başa çatıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, görüş 3 saat davam edib.

Liderlər əvvəlcə təkbətək, daha sonra geniştərkibli görüş keçiriblər.


Müəllif:

Oxşar xəbərlər