11:14
Teleqraf.com Reuters agentliyinə istinadla xəbər verir ki, gecə saatlarında ölkənin bütün rəsmiləri saraya çağırılıb.
Sarayın mətbuat xidməti narahatlığa səbəb olmadığını bildirsə də, ingilis mediası Kraliça II Yelizavetanın həyat yoldaşı şahzadə Filipin öldüyünü iddia edib.
Qeyd edək ki, hazırda II Yelizavetanın 91, həyat yoldaşının 95 yaşı var.
***
İngiltərənin Bukingem sarayında fövqəladə vəziyyətin elan olunma səbəbi açıqlanıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Kraliça II Yelizavetanın 95 yaşlı həyat yoldaşı şahzadə Filip rəsmi vəzifələrin icrasından imtina edib.
Bildirilib ki, o, bu ilin avqustuna qədər planlaşdırılan bütün tədbirlərdə iştirak edəcək.