"Report" xəbər verir ki, bunu Ümumdünya Turizm Təşkilatının baş direktoru Taleb Rifai Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində deyib. "Azərbaycan dünyada dəyəri olan ölkədir. Hər bir kəs Azərbaycan insanının səmimi olduğunu görə bilər! Bu mənada Prezident İlham Əliyevi xoşbəxt hesab edirəm", - T.Rifai bildirib.
O, dünya ictimaiyyəti qarşısında ilk növbədə insan hüquqları məsələsini təmin etmək probleminin dayandığını vurğulayıb. "Bu gün bura toplaşdığımıza və dünyada hamının bir-birindən asılı olduğunu göstərməyə cəhd etdiyimizə görə şadam. Dünyanın problemlərini birgə həll etmək lazımdır. Başqa yolumuz yoxdur. Bir-birimizin qarşısındakı məsuliyyəti anlamalıyıq", - T.Rifai əlavə edib.