11 May 2017 16:42
1 167
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yekaterinburq məhkəməsi blogger Ruslan Sokolovskinin şərti olaraq azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb.

Teleqraf.com xəbər verir ki, bloggerin günahı yerli kilsədə pokemon tutmaq olub.

“Ruslan Sokolovski 3,5 il müddətinə şərti olaraq azadlıqdan məhrum edilsin”, - deyə məhkəmənin çıxardığı qərarda bildirilir.

Məhkəmə onun işində heç bir ağırlaşdırıcı hal tapmadığı üçün belə qərar verib. Bununla belə məhkəmə bloggerə bütün viderolikləri silməyi əmr edib. Həmin videoroliklərin inanclı insanların hisslərini təhqir etdiyi deyilir. Həmçinin, bloggerin kütləvi tədbirlərdə iştirakı qadağan olunub.

Blogger özü isə barəsində çıxarılan qərarın bəraətə yaxın bir qərar olduğunu bildirib.

Səxavət


Müəllif:

Oxşar xəbərlər