12 May 2017 08:52
693
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Parlamenti (AP) Avropa Birliyini (AB) tərk etmək istəyən İngiltərəyə "öncə insan haqları" xəbərdarlığını edib.

Teleqraf.com CNN-ə istinadən xəbər verir ki, AP üzvləri AB-dən ayrılma (Brexit) müzakirələrində həm İngiltərədə yaşayan AB vətəndaşları, həm də Avropada yaşayan İngiltərə vərəndaşlarının problemlərinin həllilə bağlı gərəkən addımların atılmasının vacibliyini vurğulayıblar.

AP-nin Vətəndaş Azadlığı Komissiyasının başqanı Klaude Moraes Brexitin yüzminlərlə işçi, tələbə və milyonlarla turistin hayatına təsir göstərəcəyini bildirib.

"İngiltərədə 3 milyon AB vətəndaşı, AB-də isə 1,2 milyon İngiltərə vətəndaşı yaşayır. Onlar gələcək həyatları ilə bağlı narahatdılar. İlk növbədə insanların üzləşə biləcəkləri problemlər müzakirə edilməlidir. Bundan sonra brexitlə bağlı qərar qəbul edilə bilər", deyə AP-nin ərizə və şikayətlər komitəsinin rəhbəri Cecilia Vikström qeyd edib.

Ayxan


Müəllif:

Oxşar xəbərlər