13 May 2017 17:04
904
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq prezidentinin köməkçisi Əsil Nüceyfi PKK-nın ölkədən çıxarılmasına tərəfdar olduqlarını, Türkiyənin isə İraqın ərazi bütövlüyünü qorumağa çalışdığını deyib.

Teleqraf.com Anadolu agentliyinə istinadla xəbər verir ki, o, PKK-nın Sincar vilayətindən çıxarılması üçün Türkiyə, İraq və İraq Kürd Muxtar Vilayətinin, eləcə də kolasiya güclərinin birgə çalışmalı olduğunu bildirib.

Nüceyfi Türkiyəni İraqın ərazi bütövlüyünü və demokratik rejimini qorumaq istəyən dost ölkə adlandırıb.

Qeyd edək ki, bu yaxınlarda İraq Kürd Muxtar Vilayətinin rəhbəri Məsud Bərzani müstəqillik refendumu keçirməyə hazırlaşdıqlarını bəyan edib.

Mahir


Müəllif:

Oxşar xəbərlər