16 May 2017 15:18
896
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Prezidenti Petro Poroşenko Rusiyaya qarşı sanksiyaların genişləndirilməsi barədə fərman imzalayıb.

Teleqraf.com xəbər verir ki, fərmanla “VKontakte” və “Odnoklassniki” kimi sosial şəbəkələr də sanksiyaların təsiri altına düşüb.

“İnternet-provayderlərə Mail.ru internet resursunun və “VKontakte”, “Odnoklassniki” sosial şəbəkələrinin istifadəçilərinə xidmət göstərmək qadağan edilsin”, - deyə prezidentin imzaladığı sənəddə bildirilib.

Həmçinin, Yandeks və onun serveri də sanksiyalara məruz qalıb. Ümumilikdə isə Kiyevin sanksiya siyahısına 1228 fiziki şəxs daxildir. Bura Rusiya Dövlət Dumasının deputatları, jurnalistlər, Konstitusiya Məhkəməsinin hakimləri və sair şəxslər aid edilib.

Səxavət


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər