17 May 2017 00:13
756
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın keçmiş baş naziri Ovik Abramyanın oğlu Aqram Abramyan Artaşat şəhərinin meri vəzifəsindən istefa verib.

Teleqraf.com erməni mediasına istinadla xəbər verir ki, bu barədə şəhərin vitse-meri Qaqik Poqosyan məlumat verib.

O, Artaşat şəhərinin meri vəzifəsini müvəqqəti icra edəcək şəxsin kimliyi barədə xəbərsiz olduğunu bildirib. Poqosyanın sözlərinə görə, müvəqqəti meri Baş nazir Karen Karapetyan təyin edəcək.

Abramyanın istefa səbəbləri bəlli deyil.

Qeyd edək ki, Aqram Abramyan bu il aprelin 2-də Ermənistandakı parlament seçkilərində “Çarukyan” blokundan deputat seçilib.

Nərgiz


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər