Teleqraf.com Livanın rəsmi NN agentliyinə istinadən xəbər verir ki, həbs edilən iraqlı İsrailin Müdafiə Nazirliyinə tabe olan struktur tərəfindən təlimat alıb, bu strukturun əsasən sui-qəsdlər təşkil etmək üçün casuslar yetişdirdiyini söyləyib.
Livan xüsusi xidmət orqanlarının uzun zamandır izlədiyi iraqlı əsas işinin Livanda İsrail üçün işləyəcək kəşfiyyat şəbəkəsi yaratmaq, Livan ordusu və dövlət rəsmiləri haqqında məlumatlar toplamaq olduğunu açıqlayıb.
Livanın rəsmi dövlət agentliyinin yaydığı məlumata görə, həbs edilən şəxs Livandan əvvəl başqa bir ərəb dövlətində İsrail üçün işləyib və İraqda İsrail üçün casusluq edən qardaşının da məlumatlarının ötürdüyünü qeyd edib.
Livan tərəfi 2009-cu ildən bu yana 100-dən çox şəxsi İsrail casusu olmaq iddiası ilə həbs edib. İsrail tərəfi isə bu iddiaları şərh etmir.