Hadisə zamanı avtobusda Qanqın əsas qolu olan Bxagiratxi çayının axdığı Madxya-Pradeş ştatında yerləşən Qanqotri məntəqəsindən qayıdan zəvvarlar olub.
Son məlumata görə, hazırda çaydan 22 nəfərin cəsədi çıxarılıb, 8 nəfər isə xəstəxanaya yerləşdirilib. Qəzanın baş vermə səbəbi hələlik məlum deyil. Hadisə ilə bağlı polis araşdırma aparır.
/Trend/