29 May 2017 16:57
779
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya hüquq-mühafizə orqanları narkotik şəbəkəsinin islamçı terror təşkilatları ilə əlaqələrini ortaya çıxarıb.

Teleqraf.com xəbər verir ki, Berlin polisinin rəhbərliyi narkotik satan, oğurluq edən və mağazaları soyanların əldə etdiyi pulların bir hissəsini terrorçu şəbəkələrə göndərdiyini açıqlayıb.

Məlumatdan belə aydın olur ki, əldə edilən pullar Suriya və İraqda döyüşən İŞİD və ona bənzər təşkilatlara göndərilir.

Alman polisi bu yolla əldə edilən maliyyə vasitəsilə ilə HƏMAS və “Hizbullah” kimi quruplara da dəstək verildiyini təsbit edib.

Almaniya Daxili İşlər Nazirliyinin rəsmisi Andrey Şults deyib ki, ifşa edilən kiçik şəbəkə mənsubları oğurluq edib, soyğunlar həyata keçirir, eyni zamanda narkotik satırlar.


Müəllif: Cavad

Oxşar xəbərlər