30 May 2017 17:02
791
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təbrizdə Şura Seçkilərinin nəticələri ləğv oluna bilər.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə Təbrizin İran parlamentindəki millət vəkili Əhməd Əlirzabəyli məlumat verib.

“Şəhər Nəzarət Heyətindəki millət vəkilləri şura seçkilərində bəzi məntəqələrdə səslərin yenidən sayılmasını tələb edir, lakin Şəhər İcra Hakimiyyəti bununla razılaşmır. İndi bir sual yaranır ki, Şəhər İcra Hakimiyyəti nə üçün səslərin 10 faizinin yenidən sayılmasına imkan vermir! Axı bununla bütün şübhələrə son qoymaq mümkündür. Əgər namizədlərin tələbləri təmin edilməzsə, təbii ki, onlar daha çox dirənəcəklər”- deyə millət vəkili qeyd edib.

Əhməd Əlirzabəyli seçki nəticələrinin Şəhər Nəzarət Heyəti tərəfindən təsdiqlənməyəcəyi ehtimalından da danışıb: “Səslərin yenidən sayılması ilə bağlı tələblər təmin edilməzsə, Şəhər Nəzarət Heyəti seçkilərin nəticəsini təsdiqləməyərək onu ləğv edəcək. Mərkəzi Seçki Heyəti isə onu təsdiqləyəcəyi təqdirdə bütün məsuliyyəti öz üzərinə götürmüş olacaq. O zaman bu işin bədəli onlar üçün ağır olacaq. Cəmiyyətin etimadına xələl gətirilməməlidir”.

Qeyd edək ki, rejimin Şura Seçkilərində etdiyi saxtakarlıq bəzi şəhərlərdə, o cümlədən Güney Azərbaycanın Urmiya və Zəncan şəhərlərində bir çox seçki namizədinin etirazına səbəb olub.

İranda prezident və şəhər şurası seçkiləri mayın 19-da keçirilib.


Müəllif: Samir

Oxşar xəbərlər