Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu səfər etdiyi Qabonda keçirdiyi mətbuat konfransında bildirib.
Qeyd edək ki, Almaniya kansleri Angela Merkel bu gün "İncirlik mövzusunda son dəfə Ankara ilə danışacağıq. Ondan sonra alman hərbçilərinin bazadan çıxarılıb-çıxarılmaması məsələsinə baxacağıq. Deputatlarımızın həmin bazaya səfər etməsi bizim üçün çox önəmlidir" deyib.
Çavuşoğlu bildirib ki, Almaniyanın Türkiyəyə yanaşmasında uyğunsuzluq var: "Biz bunu tez-tez söyləyirik. Türkiyənin əleyhinə nə varsa Almaniya onu dəstəkləyir. Cənab prezident Ərdoğan Brüsseldə Merkellə görüşdə bunları tək-tək ona xatırlatdı. Avropa Birliyi FETÖ-çülərə sığınacaq verdi. PKK-nın Almaniyadakı fəaliyyəti, dərin dövlət, "evet" deyənlərə qarşı basqı və s. Cənab Ərdoğan bunların hamısını Merkelin diqqətinə çatdırdı. Almaniya bunu anlamalıdır. Mən Türkiyəyə qarşı isətdiyimi edəcəm, amma ondan istədiyimi alacam. Belə bir şey yoxdur. Bu şərtlərlə İncirlik bazasını alman deputatların üzünə açmağımız mümkün deyil".