Teleqraf.com "Anadolu" agentliyinə istinadən xəbər verir ki, plana əsasən, Fətullah Gülən 15 iyun qiyam gecəsi şəxsən Türkiyəyə gəlmək istəyib, amma səhhəti buna imkan verməyib.
Çevriliş cəhdindən 6 ay öncə aparılan yazışmalarda Gülənin Türkiyəyə gəlmək planı müzakirə olunub.
"Saliha86" ləqəbli şəbəkə üzvünün yazdığına görə, Gülən AKP-nin hakimiyyətdən getməsi üçün supergüclərin razılıq verdiyini bildirib.
"Cümə günü xoca söhbət əsnasında hönkür-hönkür ağladı. "Hamınız birləşin, bu yoldan dönsək, fahişəyik", dedi. Bütün düşərgə ağladı. "ABŞ, Rusiya və digər ölkələr Ərdoğanın getməsini istəyirlər", - dedi xoca".
Yazışmalarda şəbəkənin Afrikadakı üzvü Fətullah Gülənin adından "inqilab günü şəxsən Türkiyəyə gəlmək istəyirəm. Türkiyəyə gəlmək 10 saat vaxt aparacaq. Amma səhhətim buna imkan verməyə bilər", - deyə bildirib.