2 İyul 2017 16:39
1 029
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ ordusunda cinsi azlıqların xidmət etməsinə yaşıl işıq yandıran qərar 6 ay müddətinə ertələnib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı ABŞ Müdafiə naziri Ceyms Mattis danışıb.

General Mattis deyib ki, 6 aylıq müddətdə cinsi azlıqların orduda xidmət etməsinin silahlı qüvvələrə hansı formada təsir edə biləcəyini analiz edəcəklər.

Cinsi azlıqların və cinsiyyətini dəyişənlərin orduda xidmət keçməsi üçün mübarizə aparan hüquq müdafiəçiləri isə general Mattisin bu qərarını kəskin pisləyib.


Müəllif: Cavad

Oxşar xəbərlər