Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, müraciətdə Moskvanın PYD-dən Afrini tərk etməsi tələb olunub.
Məlumatlara görə, Moskvanın bu addımına səbəb Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya Müdafiə naziri Sergey Şoyqu ilə Ankarada keçirdiyi görüşdə Fərat Qılıncı əməliyyatları ilə bağlı əldə etdiyi razılaşma olub.
Qeyd olunub ki, Afrin məsələsi Ərdoğanın Soçiyə səfəri zamanı rusiyalı həmkarı Vladimir Putinlə keçirdiyi görüşdə də əsas müzakirə məsələsi olub.