Teleqraf.com xəbər verir ki, bu barədə CNN televiziyası məlumat yayıb.
Korporasiya ixtisara düşəcək işçilərinin sayını açıqlamasa da, telekanal onların sayının minimum 3 min nəfəri əhatə edəcəyini dəqiqləşdirə bilib.
İxtisara düşən şəxslərin əksəriyyəti satış sahəsində çalışan şəxslər olacaq. Kompaniya artıq bir sıra əməkdaşlarını ixtisara düşəı biləcəklərinə dair xəbərdar edib.
ABŞ-da “Microsoft”un ümumilikdə 70 min nəfər işçisi var. Bütün dünya üzrə korporasiya işçilərinin sayı 120 min nəfərdən artıqdır.
Korporasiyanın əsası 1975-ci ildə Bill Qeyts və Pol Allen tərəfindən qoyulub.