Teleqraf.com TASS agentliyinə istinadən xəbər verir ki, danışıqlar 2 saat 15 dəqiqə davam edib. Bu, iki dövlət başçısı arasında keçirilən ilk görüş olub. Bundan əvvəl onlar yalnız telefonla danışıb.
Mətbuata qapalı şəraitdə keçirilən görüşdə ABŞ-ın dövlət katibi Reks Tillerson və Rusiyanın xarici işlər naziri Sergey Lavrov iştirak edib.