8 İyul 2017 16:10
716
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan hökuməti bu ölkədən siyasi sığınacaq istəyən FETÖ şəbəkəsinin üzvü Mustafa Əmrə Çabuk və ailəsinin təklifini rədd edib.

Teleqraf.com türk mediasına istinadla xəbər verir ki, Çabuk buna qədər Gürcüstanda fəaliyyət göstərən Ftullah Gülən məktəblərindən birində çalışıb.

Gürcüstanın Qaçqın və Köçkünlər Nazirliyinin açqlamasında qeyd edilib ki, Çabuk və ailəsinin bu ölkəyə sığınmaq tələbi qəbul edilməyib.

Həmçinin əlavə edilib ki, mayın 24-də Tiflisdə saxlanılan Çabukun Türkiyəyə ekstradisiya edilməsində insan hüquqları baxımından təhlükə görülmür.


Müəllif: Cavad

Oxşar xəbərlər