Teleqraf.com-un məlumatına görə, bu sözləri məşhur feysbuk sosial şəbəkənin yaradıcısı Mark Zükerberq öz instaqram səhifəsində yazıb.
Yenidən ata olmağa hazırlaşan Mark instaqramda hamilə və çinli həyat yoldaşı Priscilla Çan ilə olan şəklini paylaşaraq yazıb: “Mən və Priscilla səyahət ilimiz çərçivəsində Alyaskada bir neçə gün keçirtdik”.
O, həmçinin balıq tutub bişirdiyini göstərən fotolarını da izləyiciləri ilə bölüşüb.
Mark Zükerberq feysbuk səhifəsində hələ ilin əvvəlində bütün Amerika ştatlarını bir-bir gəzəcəyini və sakinlərlə görüşəcəyini yazmışdı.
O, hər il qarşısına qəribə və maraqlı məqsədlər qoyur. Məsələn, arvadını sevindirmək üçün çin dilini öyrənmək, 600 km yolu piyada qət etmək, 25 kitab oxuyub öz evi üçün süni intellekt köşəsi yaratmaq da onun məqsədlərinə daxildir.