Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Mey Trampın bu qərarından təəssüfləndiyini bildirib:
"İqlim dəyişikliyi ilə mübarizə qərarlarımız hər zamankı kimi güclüdür".
Tramp bu qərarını bir daha düşünəcəyini deyib.
Qeyd edək ki, Donald Tramp iyunun 2-də Paris sazişini ABŞ-ı axsatmaq, əlverişsiz vəziyyətə salmaq və tükətmək məqsədi daşıyan sövdələşmə kimi səciyyələndirib. O elan edib ki, ABŞ qlobal istiləşməyə dair 2015-cil il Paris iqlim sazişindən geri çəkilib.