Teleqraf.com türk mediasına istinadla xəbər verir ki, Türkmən dağı ərazisində yerləşən Zeytinluq kəndi ətrafında mövqe tutan müxalifətçi türkmənlər raket zərbələrinə məruz qalıb.
Hücum zamanı 10 nəfər türkmənin öldürüldüyü, 3 nəfərin isə yaralandığı bildirilir.
Məlumatda vurğulanır ki, raket zərbələrinin səsi Türkiyə ərazisində - Yayladağda eşidilib. Hazırda Əsəd ordusunun hücumları davam edir.