Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, "Paris Trampa qarşı" alyansı etirazları sabah da davam etdirəcəyini açıqlayıb.
Məlumatlara görə, sabahkı etiraz yürüşü Eta-Yuni meydanından başlayacaq.
Nümayişçilər Trampın iqlim dəyişikliyi və miqrantlar ilə bağlı mövqeyinə qarşı çıxdıqlarını bildiriblər.
Qeyd edək ki, ikigünlük səfər çərçivəsində Tramp fransalı həmkar Emmanuel Makronla görüş keçirəcək.