14 İyul 2017 00:34
611
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nyu-York şəhərinin meri Bill de Blazio siçanlarla mübarizə üçün 32 milyon dollar vəsait ayırıb.

Trend-in məlumatına görə, yaxın vaxtlarda küçələrdə zibil qablarının dəmir konteynerlərinə dəyişdirilməsi prosesi başlanılacaq.

Qeyd edək ki, bir neçə ay əvvəl Nyu-York şəhərinin rəhbərliyi bir nəfərin siçanlardan keçən nadir xəstəlikdən öldüyünü bildirmişdi.

Müvafiq qurumun verdiyi məlumata görə, Nyu-Yorkda 2 milyondan çox siçan var.


Müəllif: Teleqraf.com