Teleqraf.com xəbər verir ki, bununla bağlı "Vol Strit Jornal" nəşri məlumat yayıb.
Məlumatlara görə, vəkil Trampa "Hermiteyc Kəpital" şirkətinin rəhbəri Uilyam Brauderlə bağlı şəxsi araşdırmasının nəticələrini təqdim edib.
Araşdırmalarda Brauderlə əlaqəli "Ziff Brozers İnvestment" şirkətinin Rusiyada vergilərdən necə yayındığı və bunun üçün ABŞ-ın Demokratlar partiyasına haqq ödədiyi əks olunub.
Qeyd edək ki, son günlər oğul Tramp ətrafında qalqamal səngimək bilmir. Onun seçkiqabağı kampaniya zamanı rus vəkil ilə görüşdüyü və Demokratların namizədi Hillari Klintona qarşı sənədləri əldə etdiyi iddia edilir.
Oğul Tramp rus vəkil ilə görüşdüyünü təsdiqləsə də, bunun seçkidən uzun müddət əvvəl olduğunu və siyasi xarakter daşımadığını deyib.