Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, ölkədə 18 yaşdan aşağı uşaqların içkili yerlərə girişi qadağandır.
Hadisə Ölüdəniz məhəlləsində 52 yaşlı Səlaməddin Yılmaza aid barda baş verib.
Daha çox ingilis turistlərin gəldiyi bara girən B.A. ilə H.B. adlı uşaqlar musiqi çalınanda köynəklərini çıxararaq rəqs ediblər. Uşaqların rəqsini turistlər maraqla qarşılayıblar.
Bir Türkiyə vətəndaşı rəqs edən uşaqların şəklini çəkilərək sosial mediada paylaşılıb. Şəklin altında isə: “Kiçik oğlan uşaqları yarıçılpaq bar səhnəsində oynadırılır. Müştərilər isə maraqla izlədilər”- mesajını yazıb.
Şəkil böyük etirazlara səbəb olub. “Fəthiyyədə biabırçılıq” adıyla sürətlə sosial mediada yayılan şəkil sərt tənqidə tuş gəlib. Hüquq-mühafizə orqanları cinayət işi açıb.