Teleqraf.com xəbər verir ki, yaşlı cütlüyə 20 illik çabalardan sonra doğulan uşaq xoşbəxtlik gətirməyib.
Atifa Ljajuc və əri Serif Nokic qoca vaxtlarında muradlarına çatıb. 60 yaşlı xanım hamilə qaldıqdan sonra qız uşağı dünyaya gətirib. İlkin dövrdə həyat yoldaşına hər cür dəstək verən 68 yaşlı Serif Nokic uşaq dünyaya gəldikdən az sonra narazılıq etməyə başlayıb. Körpənin davamlı ağlamağına dözməyən yaşlı ata həyat yoldaşını və qızını həmişəlik tərk edib. Bu Serbiyada ən biabırçı boşanma kimi tarixə düşüb.
Ana və Alina adlı körpə uşağın vəziyyəti isə yaxşıdır. Ana bəyan edib ki, Alinanı təqaüdü hesabına böyüdəcək və həyatda onun üçün mübarizə aparacaq.