17 İyul 2017 12:19
901
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mosulun İŞİD işğalından azad edilməsindən sonra maraqlı detallar ortaya çıxıb.

Teleqraf.com Türkiyənin “Hurriyyet” qəzetinin saytına istinadla xəbər verir ki, İraq hərbçiləri Mosul şəhərində 3-ü türk olmaqla 20 İŞİD fəalı olan qadını həbs edilib. İŞİD-çi qadınlar Mosulda yeraltı tunellərin birində ələ keçirilib. Onların üzərində intihar bombaları və silahlar tapılıb.

İşin maraqlı tərəfi tutulan İŞİD-çi qadınların milli mənsubiyyəti ilə bağlıdır. Məlumata görə, həbs edilən qadınlardan 5-i alman, 3-ü rus, 1-i çeçen, 3-ü türk, 2-si kanadalı, digər 6-sı isə Liviya və Suriyadandır.


Müəllif: Cavad

Oxşar xəbərlər