Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Sezai Ö. onu boşamasın deyə əri Yeliz Ö-nün avtomobilinin altına saxta bomba yerləşdirib. Maşınının altında partlayıcı maddəyə oxşar əşya görən kişi dərhal polisə xəbər verir. Araşdırma zamanı bəlli olub ki, bomba saxtadır.
Yeliz bombanın boşamaq istədiyi həyat yoldaşı tərəfindən maşınına quraşdırıla biləcəyini polisə deyib. Bundan sonra qadın polisə dəvət edilib. Sezai hər şeyi etiraf edib. Bildirib ki, ailəsinin dağılmasını istəməyib. Bu üzdən ərini saxta bomba ilə qorxutmaq istəyib.
Sezai Ö. həbs edilib.