22 İyul 2017 08:05
788
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oyun konsolları istehsalçısı kimi tanınan “Atari” şirkəti ilk dəfə daşınan elektronika bazarına daxil olaraq iki yüksəkkeyfiyyətli dinamikin quraşdırıldığı “Speakerhat” beysbol papağını nümayiş etdirib. Yeni qurğu “Atari Connected Life” istehsal xətti çərçivəsində buraxılan ilk məhsuldur.

Teleqraf.com “ICTnews”a istinadən xəbər verir ki, beysbol kepkasında, həmçinin digər qurğulara “Blutuz” simsiz modulu vasitəsilə qoşularaq onları səsli komandalarla idarə etməyə imkan verən mikrofon quraşdırılıb. Bunun sayəsində qurğu adi “Blutuz” qulaqcıqlarından fərqlənmir.

“Atari” nümayəndələrinin sözlərinə görə, yeni qurğu ilk növbədə fitnes həvəskarları üçün nəzərdə tutulub. “Speakerhat” prinsip etibarilə yeni sosial səs təcrübəsidir, “Multiplayer Mode” rejimi isə bir neçə istifadəçiyə eyni vaxtda eyni səs axınını dinləməyə imkan verir”, - şirkət nümayəndələri qeyd edib.

Payızda “NECA” geyim istehsalçısı ilə əməkdaşlıq çərçivəsində “Blade Runner 2049 Speakerhat” kepkasının məhdud sayda buraxılacağı gözlənilir.

Beysbol kepkasının təqdimat tarixi və qiyməti barədə məlumat verilmir.


Müəllif: Teleqraf.com