Teleqraf.com xəbər verir ki, mərasim dostlar və həmkarlar üçün təşkil olunub. Kislyak ABŞ-da yaşayan həmvətənləri ilə vidalaşıb.
Qeyd edək ki, S.Kislyak Mordaviya Respublikasından Rusiya Federasiya Şurasına üzv seçilib.
S.Kislyak Rusiyanın ABŞ-dakı səfiri vəzifəsinə 2008-ci ildə təyin olunub. 2017-ci ilin əvvəlində o, bir sıra siyasi qalmaqalların mərkəzi fiquru olub. Bunun nəticəsində Donald Trampın müşaviri Maykl Flinn istefa verib.